Ukrayna PUA-ları Belqorodu vurdu - Şəhər qaranlığa qərq oldu

Bütün Belqorod, Starıy Oskol və Volokonovka da daxil olmaqla, Belqorod vilayətinin 90%-ə qədəri işıqsız qalıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Mash" məlumat yayıb.

Ukrayna pilotsuz təyyarələrinin eyni vaxtda hücumundan və yarımstansiyalarda bir neçə PUA-nın partlamasından sonra vilayət işıqsız qalıb.

Yerli administrasiyanın məlumatına görə, hazırda yaşayış binaları ehtiyat elektrik sxemlərinə keçirilir. Artıq sosial obyektlər birləşdirilib.