"Ukrayna NATO-ya üzv olacaq”

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ukrayna NATO-ya üzv olacaq, məsələ bu məqsədə doğru aydın yol xəritəsi hazırlamaqdır.

Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, o bu haqda Fransanın xarici işlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında çıxışı zamanı danışıb.

Blinken Ukraynanın alyansa daxil olacağına əminliyini bildirib: “Bizim üçün məsələ bu qətnaməyə çatmaq üçün yaxşı və aydın bir yol xəritəsi hazırlamaqdır”