Ukrayna Kurska hücum etdi

İyunun 2-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (AFU) pilotsuz təyyarələrlə Kurska hücum edib.

Bizimxeber.az bildirir ki, bu barədə Kursk vilayətinin qubernatoru məlumat verib.

“Çoxmərtəbəli binanın girişi və bir neçə digər fərdi evə ziyan dəyib”, - deyə o, bildirib.

Hadisə nəticəsində yerli sakinlərdən heç kim xəsarət almayıb.