Ukrayna pilotsuz təyyarələrlə Rusiyanın Krasnodar vilayətinin Novorossiysk və Tuapse şəhərlərinin limanına və neft emalı zavoduna hücum edib.
Bizimxeber.az Rusiyanın Telegram kanalları məlumat yayıb.
Teleqram kanalları Novorossiysk sakinlərindən alınan məlumatlara əsaslanaraq yazır ki, şəhərdə, o cümlədən limanda, mazut terminalında və Transneft şirkətinin terminalında ən azı on partlayış olub.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev hücuma məruz qalan konkret obyektlərin adını çəkməyib.
Pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Tuapse şəhərindəki neft emalı zavodunun ərazisində yanğın baş verib. Bunu Krasnodar tərəfinin operativ qərargahı da təsdiqləyir. Onun sözlərinə görə, yanğın lokallaşdırılıb və ilkin məlumata görə, xəsarət alan olmayıb.