"Ukrayna kifayət qədər artilleriya mərmisinə malikdir" - Zelenski

"Ukrayna silahlı qüvvələri ilk dəfə olaraq kifayət qədər artilleriya mərmisinə malikdir".

Bizixmeber.az bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. Onun sözlərinə görə, indi heç bir briqada mərmi çatışmazlığından şikayətlənmir.

“Çexiya təşəbbüsündən əvvəl də bizdə irəliləyiş var. Müharibə zamanı ilk dəfədir ki, heç bir briqada top mərmisinin olmamasından şikayətlənmir. Və bu, son iki ay ərzində baş verir”, - Vladimir Zelenski brifinqdə deyib.

Vladimir Zelenski həmçinin bildirib ki, Ukrayna bütün tərəfdaşları ilə Ukraynanın mərmi istehsalının maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır. Xüsusilə, Ukrayna tərəfdaşların Ukrayna pilotsuz təyyarələrinin istehsalı üçün pul ayıracağı təşəbbüs hazırlayır. “Dronlarımızın texniki göstəriciləri getdikcə yaxşılaşır".

Ukrayna prezidentinin sözlərinə görə, Ukrayna silahlı qüvvələri Xarkov vilayətinin şimalında vəziyyəti sabitləşdirməyə nail olub: "Rus qoşunlarının "ən dərin" irəliləmə nöqtəsi 10 km-dir".