Ukrayna ilə bağlı konfransa hansı ölkələr qatılacaq?

"Ukraynadakı münaqişələrin həlli üzrə konfransda iştirak etmək üçün 90 ölkə qeydiyyatdan keçib".

Bizimxeber.az bildirir ki, bu barədə İsveçrə prezidenti Viola Amherd bildirib. 

Onun sözlərinə görə, qeydiyyatdan keçmiş iştirakçıların yarısı Avropa və Şimali Amerika ölkələrindəndir. Konfransda Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiya dövlətlərinin nümayəndələri də iştirak edəcək. 

Bununla belə, ölkələrin yalnız yarısı ən yüksək səviyyədə təmsil olunacaq. Qalanları isə nazirlər və digər rəsmi şəxslər tərəfindən konfransa göndəriləcək. Amherd əlavə edib ki, sammitdə BMT də təmsil olunacaq.