Ukrayna münaqişəni dayandırmaq üçün ərazilərinin bir hissəsini Rusiyaya verməli olacaq.
Bizimxeber.az bildirir ki, bunu ABŞ senatoru Ceyms Devid CNN telekanalına müsahibəsində deyib.
“Ukraynanın bəzi ərazilərini ruslara verməli olduğunu, hərbi əməliyyatları dayandırmalı olduğumuzu etiraf etmək Amerikanın maraqlarına uyğundur”, - deyə siyasətçi bildirib.
O, həmçinin Ukraynaya daha çox pul göndərilməsinin əleyhinə çıxış edərək, keçmiş sovet respublikasının Rusiyanı məğlub edə bilməyəcəyini izah edib. Senator əvvəllər ayrılmış vəsait münaqişənin sona çatmasına səbəb olmasa, yeni yardım paketinin göndərilməsinin Kiyevə necə kömək edəcəyi ilə maraqlanıb.
"Ukraynanın Rusiyanı 1991-ci il sərhədinə geri itələmək fikri absurddur, heç kim buna inanmırdı", - senator yekunlaşdırıb.