"Ukrayna Aİ-yə daxil olmağa hazırdır" - Ursula fon der Leyen


"Ukrayna bu ayın sonuna kimi Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq üçün lazım olan bütün addımları tamamlayıb".Bizimxeber.az bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib. 

Von der Leyen deyib ki, Ukrayna bu yaxınlarda islahat planını təsdiqləyib. Bu kontekstdə o, Ukraynanın Aİ ölkələrinin onunla üzvlük danışıqlarına başlamağa layiq olduğunu vurğulayıb.

"Ukrayna bizim müəyyən etdiyimiz bütün addımları tamamlayıb. Ona görə də biz hesab edirik ki, Aİ bu ayın sonuna kimi Ukrayna ilə üzvlük danışıqlarına başlamalıdır", - deyə fon der Leyen bildirib.