Ukrayna 1 gündə 130-dan çox hərbçi itirdi

Kiyev son 24 saat ərzində Donetsk istiqamətində 130-dan çox əsgər və 9 texnika itirib.

Bizimxeber.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlimat yayıb.

"Ukrayna silahlı qüvvələrinin bu istiqamətdə ümumi itkiləri 130-dan çox əsgər, iki piyada döyüş maşını və üç avtomobil təşkil edib. Əks-batareya mübarizəsi zamanı iki Msta-B haubitsa, özüyeriyən "Qvozdika" artilleriya bölməsi, həmçinin D-30 avtomatı vurulub”, - nazirlikdən bildiriblər. Nazirlik bildirib ki, Ukraynanın üç hücumu Rusiya tərəfindən dəf edilib, Kiyev isə Kupyansk istiqamətində 30 əsgərini itirib.