"Üçüncü dünya müharibəsinin qarşısını alacam" - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsini tez bir zamanda həll edə biləcəyinə, həmçinin üçüncü dünya müharibəsinin qarşısını alacağına əmindir.

Bizimxeber.az bildirir ki, o, bu barədə xristian konfransında bildirib.

Tramp Ukraynadakı münaqişəni həll edəcəyini və üçüncü dünya müharibəsinin qarşısını alacağını bildirib.

“Mən vəzifəyə başlamazdan əvvəl güc yolu ilə sülhü bərpa edəcəyik. Seçkilərdə qalib gələndən sonra Rusiya ilə Ukrayna arasında nizamlanmaya nail olacağam”.

Trampın sözlərinə görə, ABŞ-ın onun fikrincə, hazırda çox yaxın olduğu üçüncü dünya müharibəsinin başlanmasının qarşısını yalnız o ala bilər.