"Türkiyənin sanksiyalarına cavabsız qalmayacağıq" - İsrail XİN başçısı

İsrail Türkiyənin ticarət məhdudiyyətlərinə cavab olaraq hərəkətə keçəcək.

Bizimxeber.az bildirir ki, tələblər ABŞ-dan Türkiyə iqtisadiyyatına investisiyaları dayandırmaq və Ankaraya qarşı sanksiyalar tətbiq etmək ola bilər.

Bu barədə İsrailin xarici işlər naziri İsrael Katz bildirib. İsrailin fikrincə, Türkiyənin məhdudiyyətləri ticarət müqavilələrinin pozulmasıdır.

“İsrail Türkiyəyə qarşı paralel tədbirlər görəcək ki, bu da Türkiyə iqtisadiyyatına zərər verəcək. Mən Türkiyəyə investisiyaların dayandırılması və Türkiyədən məhsul idxalının qarşısının alınması üçün ABŞ-dakı ölkələr və təşkilatlarla əlaqə saxlamağı tapşırmışam və Amerika Konqresindəki dostlarımızdan qanunların pozulmasına baxmalarını və Türkiyəyə qarşı sanksiyalar tətbiq etmələrini xahiş etmişəm" -deyə Katz bildirib.

Türkiyə hakimiyyəti aprelin 9-dan etibarən İsrailə malların ixracına məhdudiyyətlər qoyur. İlk mərhələdə bu tədbir aviasiya yanacağı, motor yağları və mineral gübrələr də daxil olmaqla 54 məhsula təsir edəcək. Qərarlar İsrail ordusunun Qəzza zolağına davam edən hücumları ilə əlaqədar Türkiyənin Ticarət Nazirliyi tərəfindən həyata keçiriləcək.