Erməni əsilli amerikalı iqtisadçı Taron Acemoğlu Simon Conson (hər ikisi Massaçusets Texnologiya İnstitutu) və Ceyms Robinson (Çikaqo Universiteti) ilə birlikdə iqtisadiyyat üzrə Nobel mükafatı laureatları olub.
Nobel Komitəsinin rəsmi saytındakı məlumatda qeyd edildiyi kimi, mükafat dünya ölkələrində sərvət bərabərsizliyinin səbəblərinin araşdırılmasına görə verilib.
Acemoğlu əslən İstanbuldandır. London İqtisadiyyat Məktəbini bitirdikdən sonra Massaçusets İnstitutuna işləməyə başlayıb.