Tramp əsas ştatlarda Harrisi qabaqladı

ABŞ-da prezidentliyə namizəd Donald Tramp, erkən səsvermədə vitse-prezident Kamala Harrisdən az fərqlə irəlidədir.

Bizimxeber.az bildirir ki, Harvard CAPS/Harris sorğusuna əsasən, əsas ştatlarda seçicilərin 48%-i Trampı, 47%-i isə Harrisə dəstək verib.

Həmçinin, seçicilərin 5%-i başqa bir variant seçdiyini bildirib.

Milli səviyyədə Harris, Trampı 3 faiz bəndi irəlidə göstərir. Harris, erkən səs verənlər arasında 51%, Tramp isə 43% dəstək alıb.

Seçicilərin 45%-i vaxtından əvvəl səs verməyi, 50%-i isə seçki günü səs verməyi planlaşdırır. 

Oktyabrın 11-13-də keçirilən sorğuda 3145 qeydə alınmış seçici iştirak edib, və səhv nisbəti ±1,8% təşkil edib. Harris, son ayda seçicilər arasında etimad qazanaraq daha müsbət qəbul edilib.

Görünən odur ki, seçki mübarizəsi gərginləşir, və hər iki namizədin dəstəyi bərabərdir.