Türkiyədən ABŞ-a şərt - F-16 qırıcılarına qarşılıq İsveçin NATO dəstəyi...

Vaşinqton F-16 qırıcılarının tədarükü ilə bağlı verdiyi vədi yerinə yetirərsə, Ankara İsveçin Şimali Atlantika Alyansına daxil olmasına dəstək verməyə hazırdır.

Bizimxeber.az bildirir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“ABŞ F-16 ilə bağlı vədinə əməl edərsə, Türkiyə NATO-nun genişlənməsini və İsveçin üzvlüyünü dəstəkləməyə meyllidir. Finlandiya və İsveçin üzvlük məsələsi gündəmə gələndən sonra müsbət nəticələr əldə olunduğu barədə şayiələr var”, - materialda deyilir.

Məqalə müəllifləri qeyd ediblər ki, bəzi dövlətlərin Türkiyəyə qarşı silah tədarükünə tətbiq etdiyi gizli embarqo aradan qaldırılıb.