Türkiyədə prezidentliyə namizədlərlə bağlı etirazlar rədd edildi

Türkiyədə prezident seçkilərinə namizəd olan hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu və Məmləkət Partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədliklərinə etiraz edilib.

Bununla bağlı ölkənin Yüksək Seçki Qurumunun sədri (YSK) Ahmet Yener məlumat verib.

O, həmin etirazların əsassız olduğunu bildirib və onları rədd edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may keçiriləcək.