Türkiyənin Şanlıurfa və Adıyaman şəhərində dünən başlayan və aramsız olaraq davam edən leysanın səbəb olduğu sel fəlakətində insan itkisi 16-ya çatıb.
Şanlıurfada 14, Adıyamanda iki nəfər həyatını itirib. İtkin düşən dörd nəfərin axtarışları davam edir. Şanlıurfada 30 ilin yağış rekordu təzələnib. İki gündə bir kvadratmetr əraziyə 137,6 kq yağıntı düşüb.
14:34
Türkiyədə baş verən sel fəlakətində Şanlıurfada 13, Adıyamanda 2 nəfər həyatını itirib. Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb. Daha əvvəl 14 nəfərin həlak olduğu barədə xəbər yayılıb.
Şanlıurfada 2, Adıyamanda 2 itkin düşmüş şəxsin axtarışları davam edir. Bundan başqa evlər, mağazalar, xəstəxanalar su altında qalıb. Onlarla avtomobilə ziyan dəyib. Yerli əhali təhlükəsiz ərazilərə təxliyə edilib.