Türkiyədə inflyasiya 1998-ci ildən bəri rekorda yaxınlaşıb

"Türkiyədə inflyasiya iyunda illik ifadədə 78,6% təşkil edib ki, bu da 1998-ci ildən bəri ən yüksək göstəricidir. Bu da xüsusilə prezident Ərdoğanın Mərkəzi Bankın aşağı faizlər siyasəti ilə bağlıdır".  Bizimxeber.az bildirir ki, bu barədə "Financial Times" məqalı yazıb.

Məqalədə qeyd olunur ki, bu rəqəm analitiklərin 80% konsensus proqnozundan bir qədər aşağı olub.

"İqtisadçıların uçot dərəcəsinin artırılmasının inflyasiyanı cilovladığına dair ənənəvi müdrikliyini rədd edən Ərdoğan, mərkəzi banka əsas borclanma dərəcəsini inflyasiya səviyyəsindən xeyli aşağı saxlamağı əmr edib.

Nəticədə son 12 ayda türk lirəsi dollar qarşısında 48% dəyər itirib. İdxaldan, xüsusən də enerjidən asılı olan ölkədə qiymət artımlarının əsas hərəkətverici qüvvəsi amortizasiya olub. Bu tendensiya Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra daha da pisləşib və bu, enerji qiymətlərinin kəskin artmasına səbəb olub".

Bildirilir ki, İnvestisiya bankı "Goldman Sachs" bu yaxınlarda Türkiyə üçün il sonu inflyasiya proqnozunu 65%-dən 75%-ə yüksəldib. Onlar xəbərdarlıq ediblər ki, minimum əmək haqqının son artımı qiymət-əmək haqqı spiralına səbəb ola bilər.

Bir neçə gün əvvəl Türkiyə hökuməti baza əmək haqqının 50% artırılmasından 6 ay sonra minimum əmək haqqının 30% daha artırılacağını açıqlayıb.