"Türkiyə Avropa Birliyinə qəbul edilsəydi BRİCS-ə üzv olmaq istəməyəcəkdi".
Bizimxeber.az bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Fidan vurğulayıb ki, Türkiyə qlobal ittifaqlarını şaxələndirmək, Aİ-yə üzvlük üçün səy göstərir: "Avropa İttifaqı ilə iqtisadi inteqrasiyamız üzvlüklə taclansaydı, biz BRİCS kimi alternativlər axtarmalı olmazdıq".