Türkiyə BRICS-in “tərəfdaş” statusunu almağa ümid edir


Türkiyə, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) qrupunun qeyri-rəsmi birliyində "tərəfdaş ölkə" statusu əldə etməyi ümid edir.

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin Ticarət naziri Ömər Bolat, Türkiyənin bu statusu almaq üçün müraciət etdiyini bildirib. 

Ötən ay Rusiyada keçirilən BRİKS sammitində bu mövzu müzakirə olunub və Türkiyəyə tərəfdaşlıq təklifinin veriləcəyi gözlənilir. Türkiyənin BRİKS-ə tam üzv olmaq istəyinin əsas səbəblərindən biri, həm Şərq, həm də Qərb ilə əlaqələrini gücləndirməkdir.

Lakin Hindistanın Pakistanla əlaqələri səbəbindən üzvlük müraciətinə qarşı bəzi maneələrin olduğu iddia edilsə də, Bolat belə bir veto qərarının mümkün olmadığını vurğulayıb.