Türk xalqının seçiminə hörmətlə yanaşırıq - Kreml

Rusiya Qərb kimi davranmır və digər ölkələrin daxili siyasi proseslərinə qarışmır.  

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz əlaqələrimizin bütün spektrini inkişaf etdirmək üçün Türkiyə tərəfi ilə sistemli işi davam etdirmək niyyətindəyik. Biz bir daha deyirik ki, biz kollektiv Qərbdən nümunə götürmürük və başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhd etmirik. Türk xalqı öz demokratik iradəsini nümayiş etdirib. Biz bu seçimə hörmətlə yanaşırıq”, - o bildirib.

Qeyd edək ki,  Türkiyənin Cümhuriyyət Xalq Partiyasnın rəhbəri Kamal Kılıçdaroğlu Rusiyanı Türkiyədə keçirilən seçki proseslərinə müdaxilədə günahlandırıb.