Trampın qızı özündən 4 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

ABŞ-ın sabiq Prezidenti Donald Trampın qızı Tiffani Tramp evlənib. 

O, Florida ştatında Maykl Boulos ilə ailə həyatı qurub.

Qeyd edək ki, 29 yaşlı Tiffani Donald Trampın 1993-1999-cu illərdə evli olduğu aktrisa Marla Meyplisdən dünyaya gələn qızıdır.  Məlumata görə, Tiffani özündən 4 yaş kiçik Boulos ilə 2018-ci ildə Yunanıstanın Mikonos şəhərindəki klubda tanış olublar. Boulosun Nigeriyada biznesi olan varlı livanlı ailənin oğlu olduğu bildirilir.