Trampın mitinqində daha bir təhlükə - Silahlı saxlandı

Cənubi Kaliforniyada, Donald Trampın seçki kampaniyası mitinqinin təhlükəsizlik keçidində, 49 yaşlı bir Nevadalı şəxs avtomobilində ov tüfəngi, dolu tapança və döyüş sursatı ilə həbs edilib. 

Bizimxeber.az bildirir ki, hadisə şənbə gecəsi baş verib və şübhəli 5 min dollar girov müqabilində sərbəst buraxılıb.

Polis bu hadisənin Trampın və ya mitinq iştirakçılarının təhlükəsizliyinə təsir etmədiyini bildirib. Həbs zamanı Tramp hələ mitinqə gəlməmişdi. 

Son dövrlərdə Trampın mitinqlərində təhlükəsizlik tədbirləri artırılıb.