Tramp kimlərdən qisas alacaq? - "Politico" siyahı açıqladı

ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp rəqiblərindən qisas almağa başlaya bilər. 

Poliqon xəbər verir ki, bu barədə "Politico" yazıb. 

Nəşr respublikaçının son bir neçə ildə müxtəlif siyasətçilərdən, jurnalistlərdən və sahibkarlardan qisas alacağını vəd etdiyi bəyanatlarının böyük siyahısını tərtib edib. "Politico" hesab edir ki, cənab Tramp indi öz hədələrini reallaşdırmağa başlaya bilər.

Donald Trampın siyahısına onun seçkidəki rəqibi, vitse-prezident Kamala Harris, hazırkı prezident Co Bayden və ABŞ-ın 44-cü prezidenti Barak Obama daxildir. Bu illər ərzində Tramp onıardan qisas alacağına söz verib:

- 2016-cı il seçkilərində ona uduzan ABŞ-ın keçmiş dövlət katibi Hilari Klinton;
- "Meta" platformaların həmtəsisçisi və rəhbəri Mark Zukerberq;
- keçmiş FTB direktoru Ceyms Komli;
- Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli;
- Co Baydenin ailəsinin bütün üzvləri;
- onun keçmiş vəkili Maykl Kohen;
- "Politico" müxbirləri, redaktorları və naşirləri.

Tramp müxtəlif müsahibələrində, çıxışlarında və sosial şəbəkələrdəki paylaşımlarında bu şəxsləri tənqid edib və onları həbs və ya deportasiya etməyə çağırıb. Sosial mediada Mark Milli haqqında yazdığı yazıda respublikaçı "edam olunmağa layiq olduğunu” bildirib. O, Millini Çinlə əlaqələrdə ittiham edib.

"Politico" jurnalistləri Donald Trampı bir neçə materialında mənbələri açıqlamaqdan imtina etdiyinə görə narazı saldıqları üçün bu siyahıya daxil ediblər.

ABŞ-da seçkilər dünən, noyabrın 5-də baş tutub. Amerika mediasının hesablamalarına görə, Respublikaçı namizəd Donald Tramp 277 (qazanmaq üçün 270 səs lazımdır), onun demokrat rəqibi Kamala Harris isə 224 səs toplayıb.