Tramp İlon Muska vəzifə təklif etdi, o da razılaşdı

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp, noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə milyarder İlon Maska öz administrasiyasında iş verməyə hazır olduğunu açıqlayıb.

Bizimxeber.az bildirir ki, Tramp "Reuters" agentliyinə verdiyi müsahibədə belə bir fikir bildirib.

Müsahibədə Trampdan Musk-a məsləhətçi və ya potensial kabinet üzvü təklif edib-etməyəcəyi soruşulub. Trampın isə cavabı beləolub: "O, çox ağıllı insandır. Əgər o, razılaşsaydı, mən bunu mütləq edərdim. O, parlaq bir insandır."

Bir neçə saat sonra Musk özünün X (Twitter) sosial şəbəkəsində, Amerika bayraqları fonunda tribunanın yanında dayanarkən süni intellekt tərəfindən yaradılmış şəklini paylaşdı və "Mən xidmət etməyə hazıram" mesajını yazdı.

Mask keçən ay Trampı rəsmi olaraq dəstəklədiyini bildirmişdi və keçən həftə X sosial media platformasında ondan müsahibə alıb. Media, Maskın Trampın prezidentlik kampaniyasını dəstəkləyən komitəyə ayda təxminən 45 milyon dollar ayırmağı planlaşdırdığını xəbər verib.

May ayında mətbuat, Trampın Maskla eks-prezidentin Ağ Evə qayıtması halında ona məsləhətçi rolunun verilməsi imkanını müzakirə etdiyini yazmışdı.