Tramp hadisə barədə özü danışdı - "Qlağıma dəydiyini hiss etdim"

ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası ona açılan güllənin sağ qulağının yuxarı hissəsini deşdiyini deyib.

Bizimxeber.az bildirir ki, o deyib ki, atəş səsləri eşidib və güllənin dərisini qopardığını hiss edib.

Tramp Məxfi Xidmətə və hüquq-mühafizə orqanlarına sürətli reaksiyaya görə təşəkkür edib. Mitinqdə açılan atəş nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə ağır yaralanıb. Hadisədən dərhal sonra qanlar içində olan Tramp təxliyə edilib.