Tornado və ya Eurofighter təyyarələri Ukraynaya verilə bilməz - Bundestaq

Bundestaqın Müdafiə Komitəsinin sədri Marie-Agnes Strack-Zimmermann Ukraynaya alman qırıcılarının tədarükünə qarşı çıxıb.

Bizimxeber.az NTV-yə istinadən xəbər verir ki, o, bu barədə Deutschlandfunk telekanalının efirində bildirib .

Onun sözlərinə görə, Ukraynanın hava məkanında bir dənə də Tornado və ya Eurofighter olmamalıdır: "BU təyyarənin uçuş məsafəsi və təlimin mürəkkəbliyi ilə bağlıdır. Sovet MiQ-ları və ya Amerika istehsalı olan F-16 qırıcılarının təchizatını faydalı hesab edirik".