Tofiq Həsənov general rütbəsindən və medaldan məhrum edildi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, Tofiq Həsənov ötən il Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə saxlanılıb.

O, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmədə və rüşvət almaqda təqsirli bilinib. Hökmə əsasən T.Həsənov 10 il azadlıqdan məhrum edilib. Onun general rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilməsi üçün təqdimat verilib.