Tixanovskaya 15 il müddətinə azadlıqdan məhrum edildi

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

Tixanovskaya məhkəmənin qərarı ilə cəzasını koloniyada çəkməlidir".

Bizimxeber.az bildirir ki, bu barədə "BELTA" agentliyi məlumat yayıb.

Bu işdə Belarus müxalifətinin liderlərindən biri, Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşko, həmçinin müxalifətin Koordinasiya Şurasının üzvləri Mariya Moroz (Tixanovskayanın seçki qərargahına rəhbərlik edir) Olqa Kovalkova və Sergey Dilevski də iştirak ediblər.

Məhkəmənin hökmü ilə Latuşko 18 il, Moroz 12, Kovalkova 12, Dilevski 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar hakimiyyətin konstitusiyaya zidd yollarla ələ keçirilməsi üçün sui-qəsddə təqsirli biliniblər.