The Hill Trampın qalib gəldiyini açıqladı

Amerikanın “The Hill” nəşri ABŞ prezidentliyinə namizəd Donald Trampın ikinci dəfə prezident seçkilərində qalib gəldiyini bildirib.

Bizimxeber.az bildirir ki, qəzetin yazdığına görə, o, artıq qələbə üçün lazım olan 270 seçici səsini toplayıb.

Bundan əvvəl Fox News kanalı öz hesablamalarına istinad edərək, Trampa qalib gəlmək üçün daha üç seçici səsinin lazım olduğunu bildirmişdi.