Texas yanır - 200 min hektardan çox ərazi məhv olub

Amerikanın Texas ştatında yanğınlar davam edir, yanğın 200 min hektardan çox ərazini əhatə edib. 

60-dan çox rayonda fövqəladə vəziyyət elan edilib.

Bizixmeber.az xarici KİİV-lərə istinadən bildirir ki, hazırda xilasedicilər insanların təhlükəli ərazilərdən çıxarılmasını davam etdirirlər. Hələlik itkilər barədə məlumat yoxdur, lakin polisin məlumatına görə, bir neçə rayonda yanmış evlər və fermalar var.

Yanğınlara səbəb kimi yanğın təhlükəli hava şəraitinin, xüsusilə istiləşmə, quru hava və güclü külək olduğu bildirilir.