Teleqramda qlobal nasazlıq oldu

Teleqramın Azərbaycan seqmentinin işində fasilələr yaranıb.

Internet resurslarının işinə nəzarət edən “Downdetector” xidmətinin məlumatlarına əsasən, nasazlıq qlobal xarakter daşıyır. Portalda qeyd olunub ki, problemlər ABŞ, Rusiya, İraq, Latviya, Özbəkistan, Qazaxıstan və digər ölkələrdə müşahidə olunur.