Təhsil nazirinin fəaliyyəti Parlamentdə sərt tənqid olundu - "Bakıda oturub..."

“Hər bir millətin gələcəyi elm və təhsillə bağlıdır. Kəndlərdə ən müasir məktəblər tikilib. Amma təhsilimizin keyfiyyəti aşağı düşdükcə, cəmiyyətimizdə cəhalət, xürafat və radikalizm artır”.

Bu fikirləri deputat Musa Qasımlı parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

M.Qasımlı bildirib ki, bu məsələyə təhsilin bütün pillələrində diqqət yetirməliyik: “Elm və təhsil naziri Emin Əmrullayev də burada oturub. Bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikildi.

2022-2023-cü ildə məktəb bağlandı. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir”.