Tbilisidəki aksiya zamanı 50 polis yaralanıb

Gürcüstan Daxili İşlər Nazirliyinin 50-yə yaxın əməkdaşı Tbilisidə keçirilən etiraz aksiyası zamanı zorakılıq hərəkətləri nəticəsində xəsarət alıb.

Bizimxeber.az bildfirir ki, bu barədə  nazirliyin bəyanatında deyilir. 

"Aksiyaçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 50-yə yaxın əməkdaşı yaralanıb, onlardan bir neçəsi cərrahi müdaxilə tələb olunub, onlar hələ də tibb müəssisələrindədirlər. Aksiya zamanı vətəndaşlar da xəsarət alıb", - Gürcüstan Nazirliyindən bildiriblər.

Paytaxtın mərkəzində parlament binası yaxınlığındakı etiraz aksiyalarında baş vermiş zorakılıq hadisələri ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin “Polis əməkdaşına, Xüsusi təyinatlı polis əməkdaşına hücum” maddələri ilə araşdırmaya başlayıb.