Tbilisidə Əfqan Sadıqova dəstək aksiyası keçirilib


Azərbaycanlı jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Seviç Sadıqova, onların övladları və hüquq müdafiəçiləri Azərbaycanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib. Mitinq iştirakçıları əllərində “Azərbaycanlı siyasi məhbuslara azadlıq, “Əfqan Sadıqova azadlıq” sözləri yazılmış plakatlar tutublar.

Bizimxeber.az bildirir ki, aksiyaya Tbilisidə olan isveçli ətraf mühit fəalı Qreta Tunberq də qoşulub. Etiraz aksiyası Qreta Tunberqin etiraz etməyi planlaşdırdığı Azərbaycanda BMT-nin İqlim Konfransı (COP29) ilə üst-üstə düşüb.

Mitinq təşkilatçılarının sözlərinə görə, onların məqsədi Azərbaycanda siyasi məhbusların saxlandığı ağır şəraitə ictimaiyyətin diqqətini cəlb etmək olub. Bundan əlavə, Seviç Sadoqova ərinin müalicəsi və səhhətindən danışıb.