Tatarıstanın Alabuqa və Nijnekamsk şəhərlərinə pilotsuz uçuş aparatları ilə hücum edilib.
Bu barədə məlumatı Tatarıstan rəhbəri Rüstəm Minnixanovun Mətbuat xidməti yayıb.
Bildirilir ki, 2 PUA ilə “Alabuqa” xüsusi iqtisadi zonanın yataqxanasına hücum olunub. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.