Talibanın yüksək çinli məmuru partlayışda öldü

Əfqanıstanın şimalındakı Bəlx əyalətində baş verən partlayışda Taliban hərəkatının yüksək rütbəli rəsmisi də daxil olmaqla bir neçə nəfər həlak olub.

Ölənlər arasında Əfqanıstanın Bəlx vilayətinin qubernatoru Məhəmməd Davud Musammil də var.

Musammil, Talibanın Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra ölən ilk rəsmi fiqurlardan biridir.