"Tağı Əhmədovun ayaqları tamam utuldu

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun ayaqları tutulub. 

Bizimxeber.az xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında onun həyat yoldaşı Salatın Əhmədli bildirib. Xanımı Tağı Əhmədov Bakıda yerləşən Özəl Xəstəxanalardan birinə yerləşdirilib: “Tağı müəllimin səhhətində problem yaranıb.

Onun ayaqları işləmir. Hazırda müalicədədir.Onun ayaqlarının niyə tutulduğunu bilmirik. Ancaq həkimlər onun bu probleminin düzələcəyini bildirirlər.Hazırda Tağı Əhmədov tam tutulub, yeriyə bilmir”.