Suriyada zəlzələdə itkin düşənlərin axtarışları başa çatdı

Suriya Mülki Müdafiə Qüvvələri ölkədə baş vermiş dağıdıcı zəlzələdən sağ qalanların axtarışlarının başa çatdığını açıqlayıb. 

Bu barədə Suriya Mülki Müdafiə Qüvvələrinin sözçüsü “Əl-Hədas” telekanalına müsahibəsi zamanı məlumat verib. “Mülki Müdafiə Qüvvələri ölkənin şimalında baş verən zəlzələ nəticəsində itkin düşənlərin axtarışı üzrə fəaliyyətlərini başa çatdırıb”, - deyə o söyləyib.

Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin qubernatoru Amer İsmayıl Hilal da vilayətdə xilasetmə əməliyyatlarının dayandırıldığını və dağılmış binaların dağıntılarının təhlilinin aparıldığını söyləyib.