Supermarketə silahlı basqın - 3 -ölü, 10 yaralı

ABŞ-ın Arkanzas ştatında supermarketə silahlı hücum edilib. 

Bizimxeber.az bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə yerli vaxtla səhər saat 11.30 radələrində Little Rockdan 65 mil cənubda yerləşən 3000-dən bir qədər çox insanın yaşadığı Fordyce şəhərindəki Mad Butcher supermarketində baş verib.

Arkanzas Ştat Polisinin direktoru baş vermiş hadisəni faciə adlandırıb. Polis 44 yaşlı silahlı Travis Eugene Poseyi saxlayıb.