Böyük Britaniyanın baş naziri Rişi Sunak Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsini tənqid edib.
Bizimxeber.az bildirir ki, Böyük Britaniyanın baş naziri bunu gülünc adlandırıb.
Sky News-da bu mövzuda danışan Sunak deyib ki, Rusiya liderinin NATO və ABŞ-ın Ukraynada münaqişənin başlamasına görə məsuliyyət daşıması barədə bəyanatı açıqca gülüncdür: "Mən fəxr edirəm ki, Böyük Britaniya əvvəldən Ukraynanın arxasında möhkəm dayanıb".
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz da Putinin Karlsonla müsahibəsini oxuduğunu və bunu gülünc hesab etdiyini demişdi.