Sumqayıtda kanalizasiya suyu küçələrə axır - FOTO/VİDEO

Sumqayıtda çirkab suları küçəyə axır. 

Söhbət şəhərin İnşaatçılar qəsəbəsindən gedir. Sakinlərin sözlərinə görə, kanalizasiya borusu partlayıb və çirkab suları məhəlləyə dolub:

“Sumqayıt şəhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin yaxınlığıdır. Artıq bir həftəyə yaxındır ki, ərazi bu vəziyyətdədir. Tez-tez belə hallar olur, insanların evlərini kanalizasiya suyu basır. Aidiyyəti üzrə quruma müraciət edilib”.