"Sülh müqaviləsi üçün real imkanlar var" - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində tarixi məqamı açıqlayıb. 

Bizimxeber.az Sputnik Ermənistana istinadən bildirir ki, "Sülh müqaviləsi layihəsinin hazırlanmasını başa çatdırmaq üçün real imkan, tarixi məqam var: "Onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər. Ermənistan həm də regionda suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri əsasında hörmətə əsaslanan bütün nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasında maraqlıdır".