Stoltenberq NATO-nun Ukrayna ilə bağlı səhvini etiraf etdi

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq hesab edir ki, Ukraynaya vaxtında hərbi dəstəyin göstərilməməsi Rusiyanın ölkəyə genişmiqyaslı müdaxiləsinə şərait yaradıb.

Bizimxeber.az bildirir ki, o, bu barədə Spiegel -ə müsahibəsində deyib .

Stoltenberq deyib ki, 2014-cü ildən sonra Rusiyanı effektiv şəkildə çəkindirə biləcək silahların Ukraynaya verilməməsi səhv olub: "Hərbi dəstəyin olmaması Rusiyanın işğalını asanlaşdırdı. Bu, bütün NATO tərəfdaşları üçün gələcək üçün dərs olmalıdır. Biz öz hərbi gücümüzə müharibə aparmaq üçün deyil, onun qarşısını almaq üçün sərmayə qoyuruq. Əks halda, təkcə Rusiya deyil, heç kim bizi ciddi qəbul etməyəcək", - o vurğulayıb.