“Sovetski”də tikinti aparılır, İcra Hakimiyyətinin xəbəri yoxdur (FOTO)

Keçmiş “Sovetski” ərazisində tikinti işləri aparılır.

Bizimxeber.az bildirir ki, abadlıq işləri Təzəpir məscidinin yaxınlığında yerləşən ərazidə aparılır. Hadisə yerindən lentə alınan fotolara da baxdıqda sözügedən ərazidə tikinti işlərinin aparıldığını aydın şəkildə görürük.

Qeyd edək ki, altı fevral 2024-cü il tarixində Oxu.Az-ın sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, keçmiş “Sovetski” ərazisində heç bir yenidənqurma işləri aparılmır və sözügedən ərazidə yenidənqurma işlərinin aparılması ilə bağlı heç bir rəsmi məlumat yoxdur.