"Bu həftə İsrail və ya İran birbirinə əhəmiyyətli hücumlara başlaya bilər".
Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Biz mümkün vaxtla bağlı israilli həmkarlarımızla eyni narahatlıq və gözləntiləri bölüşürük. Bu, bu həftənin əvvəlində baş verə bilər. Bunun əhəmiyyətli bir sıra hücumlar ola biləcəyi ehtimalına hazır olmalıyıq", - Kirbi bildirib.
Onun sözlərinə görə, son günlər ABŞ regional hərbi mövcudluğunu gücləndirib.
"Biz açıq-aydın istəmirik ki, İsrail apreldə olduğu kimi başqa bir hücuma qarşı müdafiə olunsun. Amma bu baş verərsə, biz onlara müdafiədə kömək etməyə davam edəcəyik", - Kirbi bildirib.
O qeyd edib ki, indi hücumun İran və ya onun müttəfiqlərindən gələcəyini və bunun necə görünə biləcəyini müəyyən etmək çətindir.
"Birləşmiş Ştatlar prezidenti əmindir ki, İsrailin müdafiəsinə kömək etmək imkanlarımız var. Heç kim İsrailin buna gəlməsini istəmir", - o vurğulayıb.
Xatırladaq ki, bölgədəki mənbələr Fox News-a bildiriblər ki, İran və onun etibarlı qüvvələri ötən ayın sonunda Tehranda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq növbəti 24 saat ərzində İsrailə hücum edə biləcəyindən narahatdırlar.
Bundan əvvəl Kirbi ABŞ prezidenti Co Baydenin Fransa, Almaniya, İtaliya və Böyük Britaniya liderləri ilə Yaxın Şərq məsələlərinə dair danışıqlar aparacağını bildirmişdi .
“The Wall Street Journal” həmçinin İsrail Müdafiə Qüvvələrinin Livan Hizbullah qruplaşması və İranın aktiv hərəkətlərini aşkar etdikdən sonra yüksək hazırlıq vəziyyətinə gətirildiyini yazıb.