Slovakiyanın baş nazirnə 3 güllə dəyib

Hücum zamanı güllə yarası alan Slovakiyanın baş naziri Robert Fiko  helikopterlə xəstəxanaya aparılıb.

Bizimxeber.az bildirir ki, bu barədə Aktuality xəbər verir .

Ölkənin daxili işlər nazirinin nümayəndəsi Matej Neumann Slovakiya hökumətinin başçısına sui-qəsdin olduğunu təsdiqləyib.

Pluska xəbər verir ki , Fikonun vəziyyəti çox ağırdır. Portal iddia edir ki, baş nazir iki-üç güllə ilə vurulub, mədə və döş qəfəsindən yaralanıb. 5-ə qədər atəş açıldığı bildirilir. 

Bildirilir ki, baş nazirə ökumətin iclasının keçirildiyi mədəniyyət evinin qarşısında xalqın qarşısına çıxışı zamanı atəş açılıb. Mühafizəçilərin Fikonu yerdən qaldıraraq maşına mindirib uzaqlaşdığını görüb.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, baş nazir onu alqışlayan insanlara yaxınlaşıb və bu zaman bir neçə dəfə atəş açılıb. Bundan sonra hökumət başçısı yerə yıxılıb. 

Ehtimal edilən hücumçu ətrafı mühasirəyə alan polis tərəfindən saxlanılıb. Eyni zamanda mədəniyyət ocağından da insanlar təxliyə edilib.