Slovakiyada atışma - Baş nazir yaralandı - Video

Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb.

59 yaşlı siyasətçi xəstəxanaya çatdırılıb. Atəş açan şəxsin saxlanıldığı bildirilir.

İlkin məlumata görə, hadisə Slovakiya Nazirlər Kabinetinin iclasından sonra baş verib. Belə ki, Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə atəş səsi eşidilib. 

Qeyd edək ki, R.Fitso 2023-cü ildən Slovakiyanın Baş naziridir.