Şirvan polisinin oğru bilib saxladığı Əli Kərimlinin müavini sərbəst buraxıldı

Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılan AXCP-nin İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.

Bizimxeber.az bildirir ki, bu barədə DİN-in Mətbuat xidməti bildirib.

Deyilir ki,  A.Məhərrəmov barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.

Qeyd edək ki, DİN-in Mətbuat xidmətindən verilən ilkin məlumatda A. Məhərrənov oğurluqda şübhəli bilinirdi.

"iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub: “Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib. Fakt üzrə araşdırma aparılır”.-deyə məlumatda qeyd olunurdu.

Məlumat üçün bildirək ki, məlumatı ilk olaraq hakimiyyətyönlü Qafqazinfo.az portalı yayıb.