Şimali Koreyanın artilleriya sistemi Rusiyada - FOTO

Rusiya hərbi kanalları Şimali Koreyanın Rusiyadakı artilleriya sistemini əks etdirdiyi iddia edilən foto yayımlayıb.

Bizimxeber.az bildirir ki, fotoda Rusiya ordusu üçün standart olmayan dəmir yolu platformasında quraşdırılmış 170 mm-lik özüyeriyən artilleriya qurğusu əks olunub. Sistem M1989 və ya M1978 "Koksan" kimi tanınır və Şimali Koreya tərəfindən istehsal olunur.

Fotonun nə vaxt çəkildiyi məlum deyil. İndiyədək Şimali Koreyanın Rusiyaya artilleriya tədarükü ilə bağlı heç bir məlumat yoxdur.

M1989 Koreya Xalq Demokratik Respublikasının özündə yaradılmışdır. 

Məlum olduğu kimi, qurğular çox ləng yüklənir (dəqiqədə bir və ya iki atış) və mərminin növündən asılı olaraq 40-60 kilometr məsafəyə atəş açır. Bu silahdan ilk dəfə 1990-cı illərdə İran-İraq müharibəsindəki döyüşlərdə istifadə olunub.