Şimali Koreya Rusiyaya elit hərbi təlim heyəti göndərib - Reuters

Şimali Koreya səfər üçün Rusiyaya elit hərbi təlim heyəti göndərib. Şimali Koreya dövlət mediası bunu əməkdaşlıq müqavilələrinin imzalanmasından sonra iki ölkə arasında ilk hərbi mübadilə adlandırıb.

“Reuters”in məlumatına görə, nümayəndə heyətinə Kim İr Sen adına Hərbi Universitetinin prezidenti Kim Qum Çol başçılıq edir.

O, hərbçilərlə birlikdə təyyarə ilə Rusiyaya uçub.

Qeyd olunur ki, səfərin məqsədi və Şimali Koreyalıların Rusiya Federasiyasında qaldıqları yer hələlik açıqlanmayıb.

Agentliyin məlumatına görə, Kim İr Sen adına Hərbi Universitet elit hərbi zabitlər üçün təlim meydançasıdır. KXDR-in hazırkı lideri Kim Çen In İsveçrədə təhsil aldıqdan sonra, ölkənin üçüncü rəhbəri kimi hazırlanarkən ona baş çəkib.